Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Bütün bölgələrdə abadlıq işlərini genişləndirib

0

  •     12.08.2022 - ci ildə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfər edib. O, səfər zamanı rayonun vəziyyəti ilə tanış olub, əlavə görüləcək işlər barəsində göstərişlər verib. Son illərdə Prezidentimiz bütün bölgələrdə abadlıq işlərini genişləndirib. Səfərdə olan İsmayıllı və Ağsu rayonlarında layihə əsasında hazırlanmış işlər (qazlaşdırma, yolların tikintisi, elektrik enerjisi, su təchizatı) icra edilmişdir.  Basqal qəsəbəsi qədim kəndlərdən biridir və özünəməxsus tarixə malik olan yerdir. Burada yaşayan insanların şəraitinin yaxşılaşdırılması və tarixi simasını qorunması üçün Prezidentimiz öz köməkliyini göstərmişdi. Səfər zamanı Cənab Prezident İlham Əliyev  və birinci xanım Mehriban Əliyeva  Basqal qəsəbəsinin girəcəyində tikilmiş 179 otaqlı müasir otelin açılışında iştirak etdilər. Eyni zamanda Ağsu rayonunda tikilmiş böyük aqroparkın açılışında da iştirak etdilər. Həmin  rayon sakinləri üçün çoxlu iş yerləri yaranıb. Cənab Prezident çıxışı zamanı ərzaq təhlükəsizliyinə də toxunub. O, çıxışında bildirib ki, ölkəmizə taxıl əsasən Rusiya və Ukraynadan idxal olunurdu. İndi müharibəyə görə bəzi əngəllər yaranıb. Ancaq Azərbaycanda heç bir problem yoxdur. Ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq.  Ərzaq qıtlığının aradan qaldırılması üçün eyni zamanda azad edilmiş torpaqlarımızda əkin-biçin işləri aparılır. Füzuli, Ağdam,  Cəbrayıl,  Qubadlı rayonlarında, taxılçılıq, üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf edəcək, fermerlərə subsidiyalar veriləcək və məhsulun bazarlara çıxarılmasına dəstək olunacaq.   Cənab Prezidentin Basqal qəsəbəsinə səfəri zamanı Azərbaycanın Televiziya kanalına müsahibə verərkən "Qisas" əməliyyatı barədə qısa məlumat verdi. Bildiyimiz kimi avqustun əvvəllərində  erməni təxribatı nəticəsində Qarabağda qarşıdurma baş verdi. Bu təxribat nəticəsində  bir hərbçimiz  şəhid oldu(Allah bütün Şəhidlərimizə rəhmət eləsin!!!). Şəhidimizin qanı yerdə qalmadı.  Ali Baş Komandanımızın göstərişi ilə  dərhal "Qisas" əməliyyatı keçirildi. Qarşı tərəf ciddi cəzalandırıldı. "Qisas" əməliyyatı çox təsirli, ancaq qısamüddətli olması ilə onu göstərdik ki, bizim gücümüz hələ də yerindədir."Qisas" əməliyyatdan sonra yüzlərlə erməni hərbçisi Qarabağ bölgəsindən çıxarılıb. Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilər çıxarılmalıdır. Biz Laçın qayıtmalıyıq, Zabuxa,  Susa qayıtmalıyıq. Cənab Prezident çıxışında bildirib ki, Laçın şəhərinin Zabux və Sus kəndlərinin sakinləri ilə əlaqə saxlanılsın. Biz onları yaxın zamanlarda öz doğma yurdlarına qaytaracağıq.  Mən Xocalı sakini olaraq Cənab Prezidentimizin İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri zamanı verdiyi bu müsahibəni  qürurla dinlədim. Prezidentimiz xalqımızın rahat yaşaması üçün etdiyi bütün işləri,gördüyü zəhmətlər göz qabağındadır. Mən sonda arzu edirəm ki, yaxın vaxtlarda Prezident İlham Əliyev - Əziz  Xocalı rayon sakinləri siz yaxın vaxtlarda öz doğma torpaqlarınıza qayıdacaqsınız!  deyərək çıxış edər.                                                                      Aytən Həsrətova,Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib51 dəfə
    Bütün bölgələrdə abadlıq işlərini genişləndirib

    Maraqlı gələ bilər
    47
    43